Sabirabad rayonunda yük avtomobili su arxına aşıb. Bu haqda 10 fevral tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Hadisə Səmədabad kəndində qeydə alınıb. Əraziyə FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. “Renault” markalı yük avtomobili yol kənarında su arxına aşıb, 1 nəfər maşında sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.