Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ağır yol qəzası baş verib. Bu barədə 31 yanvar tarixində APA məlumat verib.
Hadisə Nursu kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Nursu kənd sakini Xanlar Heydərovun idarə etdiyi "Niva" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin- sürücünün qardaşı arvadı Gülnaz Heydərova ölüb.
Sürücü Xanlar Heydərov ağır bədən xəsarətləri alaraq, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.