Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Cənubi Afrika Respublikasına rəsmi səfər edib. Bu barədə 9 fevral tarixində APA məlumat verib.
Nümayəndə heyətinin tərkibinə Cənubi Afrika Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyanın sədri Eldar Quliyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Sahibə Qafarova Cənubi Afrika Respublikasının parlamentində olacaq, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.