Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüşüb. Bu barədə APA məlumat verib.
Ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin rolu vurğulanaraq, bildirilib ki, bu səfərlər təkcə dövlətlərimiz arasında deyil, insanlarımız arasında da əlaqələrin dərinləşməsinə töhfə verə bilər. Xalqlarımız bir çox ortaq baxışları bölüşürlər. Multikulturalizm, digərlərinə hörmət, islamofobiyanın rədd edilməsi kimi məsələlər xalqlarımızın tarixi-mənəvi dəyərləri sırasındadır.