Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada səfərdədir. Bu barədə Report 13 fevral tarixində məlumat verib.
O, Kreml divarları yaxınlığında yerləşən naməlum əsgərin məzarı önünə əklil qoyub.
Səfər çərçivəsində S.Qafarovanın Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması və Federasiya Şurasının sədrləri ilə görüşləri nəzərdə tutulub.