Azərbaycanın şahmat komandası III Avropa Oyunlarında mübarizə aparacaq. Bu məlumatı 22 mart tarixində Azərbaycan Şahmat Federasiyası yayıb.
Birincilik Polşanın Krakov şəhərində iyunun 19-da baş tutacaq. Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar.
Azərbaycanla yanaşı, daha 7 ölkə yarışa qatılacaq. Yığmalar martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçilir.