Şəki sakini ov tüfəngi ilə özünü öldürüb. Bu barədə 7 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bu gün günorta saatlarında Şəki rayonunun Oxud kəndi ərazisində 1981-ci il təvəllüdlü kənd sakini Cumay Salamov üzərindəki ov tüfəngi ilə ehtiyatsız davranıb, silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.