Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb. Bu barədə 10 noyabr tarixində Oxu.az məlumat verib.
Hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində baş verib.
1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus VAZ-2106 markalı, 27-BN-761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.