Şəki rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 20 dekabr tarixində xəbər verir.
Dekabrın 19-u saat 18:00 radələrində Şəki rayonunun Cəfərabad kəndi ərazisində E.Məmmədov idarə etdiyi “VAZ-21013” markalı avtomobili aşırıb.
Nəticədə sərnişinləri Ç.Əhmədova və E.Həşimov hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.