Şəkidə yeddiotaqlı fərdi yaşayış evi yanıb. Bu barədə Apa 3 fevral tarixində məlumat verib.
Bu gün səhər saatlarında rayonun Baş Kəldək kəndində, kənd sakini Abduləziz Abdulqədir oğlu Süleymanova məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içəridə olan ev əşyaları ilə birlikdə yanıb.
Yaxınlıqdakı digər yaşayış evi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.