Şəki rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 18 mart tarixində xəbər verir.
Bildirilib ki, keçirilən əməliyyatlar zamanı Şəki şəhər sakinləri - əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Sadiq Sadıqov və Məmmədseyid Ağababayev saxlanılıblar.
Şəxsi axtarış zamanı M.Ağababayevdən 260 qram marixuana, S.Sadıqovdan isə heroin aşkar edilərək götürülüb.
S.Sadıqovun yaşadığı ünvana yaxın ərazidə gizlətdiyi 400 qrama yaxın qurudulmuş marixuana da aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işi başlanıb.
[caption id="attachment_109799" align="alignnone" width="696"]
Foto DİN[/caption]