Şəkidə azyaşlı anasının sırğasını udub. Bu barədə Qafqazinfo 20 dekabr tarixində məlumat verib.
Ötən gün axşam saatlarında şəhər sakini, 3 yaşlı Fərrux Fərruxlu yad cisim udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.