Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvarın 18-də Xızı rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə 16 yanvar tarixində Agentlik məlumat verib.
Qəbul saat 11:00-da rayon mərkəzindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Xızı rayonu “1 №-li Yol İstismarı”, Siyəzən rayonu “2 №-li Yol İstismarı”, Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.