Salyan rayonunda Sabirabad sakini yol qəzasında dünyasını dəyişib. Bu haqda İnsanoid DİN-ə istinadən bu gün, 28 noyabr tarixində məlumat verir.
Noyabrın 26-da saat 21:00 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində Sabirabad rayon sakini Kənan Cəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və o, hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.