Salyanda baş verən yol qəzasında xəsarət alanlar var. Bu barədə Report 20 aprel tarixində xəbər verib.
Şəhərin Elçin İmanov küçəsində “Prado” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Bakı şəhər sakinləri 71 yaşlı Sarə Abbasova və 48 yaşlı İlham Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.