Şamaxıda avtomobil dərəyə aşıb, bir qadın ölüb. Bu barədə 18 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 16-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlu idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan sağa çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı aldığı xəsarətlərdən noyabrın 17-si xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.