Şəmkir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 2 yanvar tarixində İnsanoid Report-a istinadən xəbər verir.
Hadisə şəhərin 1-ci küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çarpılıb. Nəticədə 19 yaşlı Telman Məmmədli və 22 yaşlı Samir Pənahov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 19 yaşlı Məhərrəm Məmmədov isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.