Şəmkirdə partlayıcı pirotexniki vasitələr satan şəxs saxlanılıb. Bu barədə 21 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Ağstafa rayon sakini A. Adıgözəlovanın taksi ilə Bakı şəhərinə satmağa apardığı 1 920 qutuda olan 115 200 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb. A. Adıgözəlova barəsində “istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)” maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
[gallery columns="2" link="file" size="full" ids="98754,98755"]