Şəmkirdə toydan qayıdarkən avtomobil qəzaya düşüb. Bu haqda noyabrın 23-də İnsanoid Report-a istinadən xəbər verir.
Rayonun Sərxan kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çarpılıb. Nəticədə 1990-cı il təvəllüdlü Qulu Tağıyev və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıblar. Hər ikisi xəstəxanaya aparılıb.
Q.Tağıyevin vəziyyəti ağır olduğundan onun Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.
Faktla bağlı araşdırma aparılır.