Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12°, gündüz 14-16° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 16-21°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.