Saray qəsəbəsində yolların vəziyyəti sürücülərə çətinlik yaradır. Bununla bağlı yerli sakinlər İnsanoid-ə məlumat veriblər.
Söhbət General Məhəmməd Əsədov küçəsindən gedir. Vətəndaşlar burada asfaltın yararsız halda olmasından narazıdırlar.
“Bu, Bakı ilə Sumqayıtı birləşdirən əsas yoldur. Bir neçə dəfə bələdiyyəyə şikayət olunub. Lakin heç bir tədbir görülməyib”, - deyə izləyicimiz bildirib.
Həmin ərazidən videogörüntüləri təqdim edirik:
[playlist type="video" tracklist="false" ids="94087"]