Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşar Prezident İlham Əliyevə açıq müraciət edib. Bu barədə İnsanoid bu gün, 15 fevral tarixində xəbər verir.
Aktyor “Facebook” səhifəsində videogörüntülü şəkildə ünvanladığı müraciətdə dublaj etdiyi cizgi film qəhrəmanlarının səsi ilə dublyaj sahəsinin və bu sahədə çalışan aktyorların üzləşdiyi çətinliklərdən danışıb.
Onun müraciətindən bir gün sonra isə Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsi dayandırılıb.