Şirvan şəhərində avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 31 yanvar tarixində Report məlumat verib.
Hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, Hacıqabul rayon sakini, 1967-ci il təvəllüdlü Qurbanov Ramil Rafiq oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.