Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 4 mart tarixində APA məlumat verib.
Hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.
“BMW” markalı avtomobil yolu keçən Şirvan rayon sakini, 1968-ci il təvəllüdlü Səfərova Ayidə Kərəm qızını vurub. Sürücü tərəfindən xəstəxanaya aparılan yaralı piyada yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.