Şirvanda axtarışda olan şəxs və qardaşı saxlanılıb. Bu barədə 29 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Məlikov saxlanılıb. Saxlanılan zaman həmin şəxsdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Bundan əlavə, keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə M.Məlikovun qardaşı Zahir Məlikov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Bu zaman onun üzərindən istehlak miqdarından artıq narkotik vasitə olan heroin götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.