Azərbaycanda fəhlələr iş vaxtı xəsarət alıblar. Bu barədə 8 aprel tarixində Report.az xəbər yayıb.
Hadisə Şirvan şəhərində baş verib. “Şirvan OİL” şirkətinin işçiləri, şəhər sakinləri: 58 yaşlı İlyas Mahmudov və 50 yaşlı Şamil Şükürovun üzərinə dəmir parçaları düşüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Kişilər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Araşdırma aparılır.