Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 7 fevral tarixində xəbər verir.
Saxlanılaraq polis şöbəsinə gətirilən Elnarə Həsənzadənin üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.