Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR Energy Ukraine” ukraynalılara yardım göstərməyə hazır olduğunu açıqlayıb. Bu barədə 24 noyabr tarixində AZfront Telegram kanalı məlumat verib.
“Hər bir yanacaqdoldurma məntəqəmizdə elektrik enerjisi var. Bu isə o deməkdir ki, 24/7 isti yemək və içkilər, cihazları doldurmaq, internetə daxil olmaq və nağd pul çıxarmaq imkanı var”, - məlumatda bildirilib.