2022-ci ilin yanvar-fevral aylarında SOCAR 129 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu haqda 6 aprel tarixində SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf Twitter hesabında paylaşım edib.
Bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 108% çoxdur.
Qeyd edilib ki, qeyri-neft ixracının 28%-i, qeyri-neft məhsullarının ixracı üzrə artımın isə 51%-i Dövlət Neft Şirkətinin payına düşüb.
2022-ci ilin yanvar-fevral ayı üzrə:
— Rovshan Najaf (@RovshanNajaf) April 6, 2022
✅#SOCAR tərəfindən ötən il ilə müqayisədə 108% artımla 129,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib;
✅Ölkə üzrə qeyri-neft ixracının 28%-i, qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4%-i SOCAR-ın payına düşüb. pic.twitter.com/VVKiNE84Li