Sosial şəbəkədə tanış olduğu insanları xaricdə işə düzəltmək adı ilə aldadan şəxs həbs olunub. Bu barədə noyabrın 17-də DİN-dən İnsanoid-ə məlumat verilib.
Lənkəran rayonunun Siyavar kənd sakini polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat pulunu alaraq mənimsədiyini deyib. Zərərçəkmiş pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü bildirib.
Keçirilən əməliyyat zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən Anar Rzayev müəyyən edilərək tutulub. Onun daha 3 Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.