İsrail şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı, ağıllı şəhər, energetika və su təchizatı kimi sahələrə maraq göstərirlər. Bu sözləri 5 aprel tarixində İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoal Razvozov Prezident İlham Əliyevlə görüşərkən bildirib.
“İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq”, - deyə nazir söyləyib.
O, burada biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcud olmasını vurğulayaraq, Azərbaycanın biznes üçün çox yaxşı imicə malik olduğunu söyləyib.