İsrailin “Arkia” və “İsrair Airlines” aviaşirkətlərinə Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib. Bu barədə aprelin 5-də AZAL prezidenti Cahangir Əsgərov həmin ölkənin turizm naziri ilə görüşdə bildirib.
Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayının həftədə 5 dəfəyə qədər artırılacağı barədə qərar qəbul edilib.