Sumqayıtda oğurluq hadisələri baş verib. Bu haqda aprelin 5-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, martın 11-dən 23-dək bir evdən 5000 ABŞ dolları və qızıl-zinət əşyaları, digər evdən isə ev sahibinin qızıl əşyaları oğurlanıb.
Keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakini saxlanılıb.