Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücü saxlanılıb. Bu barədə Report aprelin 6-da məlumat yayıb.
Həmin qadın Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə tədbirlər görülüb.
Hadisə Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzinin yanında baş verib. Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini təpikləyib. Hadisə anı ətrafda olanlar tərəfindən lentə alınıb.