Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib. Bu barədə Apa 2 fevral tarixində xəbər verir.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib.