Sumqayıt şəhərində mağaza yanıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 19 aprel tarixində xəbər verir.
Şəhər ərazisində ümumi sahəsi 150 kv.m olan dəmir konstruksiyalardan ibarət talvar tipli mağazanın içərisində 130 kv.m sahəyə yığılan plastik və taxta taralar yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.