Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Report 6 fevral tarixində məlumat verib.
Şəhərin 2-ci mikrorayon ərazisində Sumqayıt sakini, 33 yaşlı Vüqar Yaqubovun qarın nahiyəsinə naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.