Sumqayıtda yol qəzası bir nəfərin həyatına son qoyub. Bu barədə Report 20 fevral tarixində xəbər verib.
Şəhərin Üzeyir Hacıbəyli küçəsi ilə Zülfi Hacıyev küçəsinin kəsişməsində 65 yaşlı Nurəddin Quliyev avtomobil vurması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb.