Sumqayıtda xəstəxanada insident baş verib. Bu barədə Qafqazinfo 18 fevral tarixində məlumat verib.
Sumqayıt Psixiatriya Xəstəxanasında müalicə alan xəstələrdən biri baş həkim Elzivar Bəbirovun kabinetinə daxil olaraq ona hücum edib. O, baş həkimə zərbələr endirərək onu döyüb.
E.Bəbirov üzləşdiyi hadisə barədə polisə müraciət edib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.