Sumqayıtda 70 yaşlı həkimə cinayət işi açılıb. Bu barədə 17 yanvar tarixində Lent.az xəbər verib.
2 saylı şəhər xəstəxanasının terapiya şöbəsinin həkim-revmatoloqu 70 yaşlı İmanova Firuzə Ağadadaş qızı vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinir.
Belə ki, F. İmanova 2021-ci ilin iyul ayının 1-dən avqustun 13-dək həmin şöbənin müdiri Şəkərəli Həsənov məzuniyyətdə olarkən onu əvəz edib. Bu zaman isə müraciət edən 3 nəfərə əlillik alması üçün xəstəlik dərəcəsini sənədlərə qəsdən ağır qeyd edib.
Məhkəmənin qərarı ilə F. İmanovanın barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
İşlə bağlı məhkəmə istintaqı davam edir.