Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb. Bu barədə İnsanoid Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən bu gün, 19 aprel tarixində xəbər verir.
AQTA-nın Sumqayıtda fəaliyyət göstərən “Nanə Pizza” kafesində keçirdiyi yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan tullantı qablarından istifadə olunmadığı, bəzi məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkar olunub.
Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.