Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var. Bu barədə 31 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən edilib.
Nəticədə S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.