Sumqayıtda kişi narkotik qəbul etdikdən sonra məhkəməyə gəlib. Bununla bağlı noyabrın 17-də sosial şəbəkələrdə video yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün Sumqayıt Şəhər Məhkəmə Kompleksində baş verib.
Məsələ ilə bağlı həmin quruma müraciət olunub. Bildirilib ki, görüntülərdəki şəxsin səhər saatlarında məhkəmə prosesi keçirilməli idi, lakin vətəndaş gecikib və iştirak etməyib.
“Şəxs narkotik maddə istifadəçisidir, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkəmə prosesi olmalıydı. İlkin ehtimallara görə, narkotik maddənin təsiri altında məhkəmə binasına daxil olub”, - deyə məhkəmənin açıqlamasında vurğulanıb.
Qeyd olunub ki, əraziyə polis əməkdaşları gələrək vətəndaşı bölməyə aparıblar.