Sumqayıtda şəhidin xatirəsinə quraşdırılmış lövhəni oğurlayan şəxslər saxlanılıblar. Bu barədə 15 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Polis böməsinə noyabrın 29-na keçən gecə şəhərin 1-ci mikrorayonundakı binaların birində şəhid Rahib Babayevin şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə məlumat daxil olub.
Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.