Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında bıçaqlanma hadisəsi olub. Bu barədə Qafqazinfo 17 mart tarixində xəbər verib.
Hadisə dünən saat 15:00 radələrində Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin qarşısında baş verib.
İnzibati binanın qarşısında RİH-in Memarlıq və Tikinti şöbəsinin aparıcı-məsləhətçisi vəzifəsində çalışan 34 yaşlı Cavidan Mirzəyev döş qəfəsi nahiyəsindən bıçaqlanıb.
Ağır xəsarət alan məmur xəstəxanaya aparılıb.
İlkin araşdırmalar zamanı hadisənin Sumqayıt şəhər sakini, 46 yaşlı Rafiz Nəcəfov tərəfindən törədilməsi müəyyən edilib.
O, tutularaq istintaqa təhvil verilib.