Sumqayıtda yataqxanada yanğın baş verib. Bu barədə noyabrın 18-də APA xəbər yayıb.
Hadisə şəhərin 29-cu məhəlləsində yerləşən 4 saylı yataqxanada qeydə alınıb. Belə ki, birinci mərtəbənin dəhlizində olan dolab alışıb.
Nəticədə tüstünün təsirindən 81 yaşlı qadın zəhərlənib. Ona təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib.
Yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.