Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına 200 000 çəkikimi balıq körpəsi buraxılıb. Bu barədə 16 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Məqsəd Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına və balıq populyasiyasının artırılmasına töhfə verməkdir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 400 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb.