Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı qaydaya dəyişiklik 1-ci oxunuşda təsdiqlənib. Bu barədə Report 29 noyabr tarixində məlumat verib.
Sözügedən qanun Milli Məclisin bu gün keçirilən plenar iclasında 1-ci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihədə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası təsbit olunub.
Əgər əvvəllər şəhər kameraları vasitəsilə cərimələrin tətbiqi qanunda əksini tapmamışdırsa, bu gündən həmin qayda artıq qüvvədədir.