Şuşaya qar yağıb. Bu barədə Report 24 fevral tarixində xəbər verib.
Fevralın 24-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü hazırda 6-7 santimetrə çatıb.
Qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülür.
Havanın temperaturu -5 dərəcədir.