Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil edilən müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər noyabrın 25-də saat 16:00-da satışa çıxarılacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Sərnişinlər biletləri linkə daxil olaraq onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
Bu günə qədər ümumilikdə 432 reys həyata keçirilib, 19 950 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.